Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Gent"in iki futbolçusu "Qarabağ"la oyun ərəfəsində zədəsini sağaldıb



Belçikanın "Gent" klubunun iki futbolçusu Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl zədəsini bərpa edəcək.

BrendSport.az
xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Heyn Vanhazebruk açıqlamasında bildirib.

59 yaşlı mütəxəssis portuqaliyalı müdafiəçi Nurio Fortuna və danimarkalı yarımmüdafiəçi Endryü Hülsagerin görüşdə meydana çıxmaq ehtimalının olduğunu söyləyib.

Baş məşqçi növbəti həftə daha bir neçə oyunçunun sıraya qayıdacağını vurğulayıb.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq. Daha əvvəl Darko Lemayiç və Kamil Pyontkovskinin Bakıdakı qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.


Facebook-da paylaş

Xəbəri paylaş