Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmə cüdoçular üçün ustad dərsi keçirilib

Yeniyetmə cüdoçular üçün ustad dərsi keçirilib

Yeniyetmə cüdoçular üçün ustad dərsi keçirilib
Yeniyetmə cüdoçular üçün ustad dərsi keçirilib
Azərbaycan Cüdo Federasiyasının təşəbbüsü ilə Bakıya səfər edən Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının ekspertləri yeniyetmə oğlanlardan ibarət milli komandanın üzvləri üçün ustad dərsi keçiblər.

ACF-dən BrendSport.az-
a verilən məlumata görə, ustad dərsi Mesut Kapan, Tina Trestinyak (Rio-2016 Yay Olimpiya Oyunlarının qızıl medalçısı) və Hiroyuki Hirano tərəfindən keçirilib.

Trestinyak bir sıra cüdo texnikasını, xüsusi ilə də beynəlxalq turnirlərdə və Olimpiya Oyunlarında istifadə edərək qalib gəldiyi fəndləri idmançılara nümayiş etdirib. Kapan yeniyetmə cüdoçulara öz tövsiyələrini verib: "Yaxşı idmançı hər zaman rəqibini izləyir və buna görə də hər zaman hazırlıqlı olur".

Həmçinin, o cüdo fəndlərinin adlarının düzgün bilmələrinin idmançıların gələcəkdə daha peşəkar səviyyəyə çatmalarına zəmin yaratdığını bildirib.

Ekspertlər cüdo fəndlərinin idmançılar tərəfindən düzgün yerinə yetirilməsinə nəzarət ediblər.

Yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimlinin sözlərinə görə, idmançıların beynəlxalq səviyyəli cüdo mütəxəssisləri ilə görüşü onları daha da ruhlandırır: "Hazırda idmançılar təlim-məşq toplanışında iştirak edirlər. Qarşıda bizi mühüm beynəlxalq turnirlər gözləyir və bu səbəbdən olimpiya çempionu, beynəlxalq ekspertlərdən tövsiyələr almaq idmançılarımızın nəticələrinə müsbət təsir göstərəcək".


Facebook-da paylaş

Xəbəri paylaş