Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Səmti müəyyənetmə idman növü üzrə “Zəfər Kuboku”nda 250 idmançı mübarizə aparıb

Səmti müəyyənetmə idman növü üzrə “Zəfər Kuboku”nda 250 idmançı mübarizə aparıb


Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası tərəfindən Dənizkənarı bulvar və İçəri şəhər ərazilərində ölkəmizin şanlı Qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunan səmti müəyyənetmə üzrə “Zəfər Kuboku” yarışı keçirilib.

BrendSport.az
xəbər verir ki, 7 kateqoriya üzrə keçirilən yarışda 250-yə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb.
Kişilər arasında elit kateqoriyada Neftçi İdman Klubunun idmançısı Gennadiy Klim yarışın qızıl medalını qazanıb. Yuriy Çernov (Dağçılıq İdman Klubu) ikinci, Mirzə Hüseynzadə (Fövqəladə Hallar Nazirliyi) isə üçüncü olub. Bu kateqoriyada qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin İdman Klubunun idmançısı Sevda Verdiyeva rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. Nataliya Şiyanova (Dağçılıq İdman Klubu) yarışın gümüş, Elina Çerpakova (Neftçi İdman Klubu) isə bürünc medalını qazanıb.
Yarışda qonaq qismində iştirak edən “Azərbaycan bayrağı” ordenli polkovnik Tehran Mənsimov səmti müəyyənetmə idman növünün hərbi idman növü olduğunu qeyd edərək gənclərin bu idman növü ilə məşğul olmalarının vacibliyini qeyd edib, onlara gələcəkdə uğurlar arzulayıb.
Tədbirin sonunda polkovnik Tehran Mənsimov yarışın qalibi olmuş Dağçılıq İdman Klubuna “Zəfər Kuboku”nu təqdim edib.


Facebook-da paylaş

Xəbəri paylaş