Taekvondo üzrə Azərbaycan birinciliyinin bütün qalibləri müəyyənləşib
Sumqayıt Olimpiya İdman Kompleksində yeniyetmələr arasında keçirilən taekvondo üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
BrendSport.az xəbər verir ki, turnirin ikinci günündə qızlar arasında mübarizə aparan Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Firəngiz Abbaszadə (37 kq), Banu Quliyeva (41 kq), Şəms Əlizadə (44 kq), Fatimə Bayramova (47 kq), Fatimə Həsənova (51 kq), Ayşən Ağazadə (55 kq) qızıl medal qazanıblar. Oğlanların yarışında isə Fuad Məhərrəmli (45 kq), Vaqif Səlimzadə (49 kq), Əziz Məmmədov (53 kq), Əbdülsübhan Dadaşov (57 kq), Nihad Həsənov (65 kiloqramdan yuxarı) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.
Yarışda, ümumilikdə, 372 taekvondoçu gücünü sınayıb.
Facebook-da paylaş