Badminton üzrə Bakı birinciliyinə yekun vurulub
Beş nömrəli Bakı Peşə Liseyində Azərbaycan Badminton Federasiyası ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2007-2008-ci il təvəllüdlü badmintonçular arasında paytaxt birinciliyinə yekun vurulub.
BrendSport.az Azərbaycan Badminton Federasiyasının saytına istinadla xəbər verir ki, yarışda 34 qız və 40 oğlan birincilik uğrunda mübarizə aparıb.
Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib.
Oğlanların şəxsi yarışında Məhəmmədəli Bayramov, qızlar arasında isə Fatimə Əşrəfova birinci olublar. Oğlanların qoşa yarışında Sərxan Bağırov - Məhəmmədəli Bayramov, qızlarda isə Fatimə Əşrəfova-Aysu Ələkbərova bütün rəqiblərinə qalib gəliblər. Qarışıq qoşa yarışlarda isə Həcər Nuriyeva - Sərxan Bağırov cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qaliblər hədiyyə, diplom və medallarla təltif olunublar.
Facebook-da paylaş