Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan klubları avrokubok üçün ONLARI SİFARİŞ ETDİ



2021/22 mövsümündə avrokuboklarda Azərbaycanı təmsil edəcək klubların ev oyunları üçün sifariş verdikləri stadionlar məlum olub.

BrendSport.az xəbər verir ki, qarşılaşmalardan 3-ü Bakıda, 1-i isə Sumqayıtda keçiriləcək.

Çempionlar Liqasında mübarizə aparacaq “Neftçi” I təsnifat mərhələsində Gürcüstan çempionu “Dinamo”nu (Tbilisi) “Bakcell Arena”da qəbul edəcək.

İyulun 14-də baş tutacaq cavab qarşılaşmasının saat 21:00-da startı nəzərdə tutulub. Gürcüstandakı oyun isə bundan bir həftə əvvəl, iyulun 7-də olacaq.

Yeni yaradılan Konfrans Liqasında 3 komandamız çıxış edəcək. Həm “Qarabağ”, həm “Keşlə”, həm də “Sumqayıt” II təsnifat mərhələsindən yarışa qoşulacaq.

İsrail klubu “Aşdod”la ilk görüşünü iyulun 22-də evdə keçirəcək “Qarabağ” rəqibini Tofiq Bəhramov adına Respublika Stadionunda sınağa çəkəcək. Həmin oyun 20:00-da başlayacaq.

Avrokubok macərasına səfərdə start verəcək “Keşlə” və “Sumqayıt” rəqiblərini iyulun 29-da qəbul edəcək. “Keşlə” həmin gün “Soçi” (Rusiya) ilə “ASK Arena”da, “Sumqayıt” isə “Çukariçki” (Serbiya) ilə “Kapital Bank Arena”da üz-üzə gələcək.

Maraqlıdır ki, 3 klubumuz ehtiyat meydança kimi “Dalğa Arena”nı seçib. “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın B variantı məhz bu stadiondur. “Qarabağ”ın UEFA-ya sifariş verdiyi ehtiyat meydança isə “Azersun Arena”dır (apasport.az).


Facebook-da paylaş

Xəbəri paylaş