"Qarabağ"ın rəqibində ayrılıq
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan “Aşdod” bir futbolçusu ilə yollarını ayırıb.
BrendSport.az İsrail klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Şlomi Azulayın müddəti bitən müqaviləsini yeniləməyib.
Azulay 2019-cu ilin yayından “Aşdod”da çıxış edirdi. 31 yaşlı yarımmüdafiəçi “Aşdod”la ötən mövsüm 29 oyunda 4 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Qarabağ” “Aşdod”la ilk oyunu iyulun 22-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da İsraildə olacaq.
Facebook-da paylaş