Azərbaycan təmsilçisi darmadağın oldu
Almaniyanın Ştutqart şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının oyunları keçirilir.
BrendSport.az AFFA-nın saytına istinadən xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən eşitməqüsurlu əlillərdən ibarət "Ulduz" futzal komandası ilk oyun günündə İsrailin “Dolfins Aşdod” komandasına 1:8, İsveçin “Lundia” klubuna 1:10 hesabı ilə məğlub olub.
“Ulduz” bu gün saat 15:00-da Almaniyanın “Essen”, saat 18:00-da Fransanın “Paris” komandası ilə qarşılaşacaq.
Facebook-da paylaş