Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Gürcüstanda "Neftçi" ilə oyun haqqında çox danışırlar"




"Dinamo" yaxşı komandadır. Yeni baş məşqçinin gəlişindən sonra oyunlarında yaxşıya doğru dəyişiklik var. Meydanın hər yerində mübarizə aparırlar".

Bu sözləri açıqlamasında "Neftçi"nin Çempionlar Liqasının I təsnifat mərhələsində Tibilisi "Dinamo"su ilə baş tutacaq oyunları haqqında danışan İbrahim Qədirzadə deyib.

Gürcüstanın "Samtrediya" klubunda çıxış edən azərbaycanlı futbolçu bu dueldə "Neftçi"ni daha şanslı görür: "Neftçi"nin şanslarının çox olduğunu düşünürəm. İnanıram ki, mərhələni "Neftçi" keçəcək".

Qədirzadə Gürcüstan çempionatının son turunda qarşılaşdıqları "Dinamo"nun üstün cəhətlərindən də söz açıb: "Əks hücumlara yaxşı çıxırlar. Cinahlardan çox gözəl istifadə edirlər. Son oyunda bizim komandanı uddular. Ən təhlükəli oyunçuları hücumçu Zoran Marusic olduğunu deyə bilərəm. Müdafiəçiləri də yaxşıdır. Ümumilikdə komanda şəklində oynayırlar. Fərdi oyuna az üstünlük verirlər. Komanda şəklində çox yaxşı çıxış edirlər".


Sportinfo.az


Facebook-da paylaş

Xəbəri paylaş