Azərbaycanlı futbolçu Gürcüstanda növbəti oyuna çıxdı
Gürcüstan çempionatında 13-cü turun oyunları keçirilib.
BrendSport.az xəbər verir ki, azərbaycanlı futbolçu İbrahim Qədirzadənin çıxış etdiyi “Samtrediya” doğma meydanda "Dinamo" (Batumi) ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Samtrediya" 9 xalla hazırda 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.
Facebook-da paylaş