Əsas Səhifə > Ölkə idmanı / Dünya idmanı > Azərbaycanlı futbolçu Gürcüstanda növbəti oyuna çıxdı

Azərbaycanlı futbolçu Gürcüstanda növbəti oyuna çıxdı


12-05-2021, 22:50


Gürcüstan çempionatında 13-cü turun oyunları keçirilib.

BrendSport.az xəbər verir ki, azərbaycanlı futbolçu İbrahim Qədirzadənin çıxış etdiyi “Samtrediya” doğma meydanda "Dinamo" (Batumi) ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.


İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Samtrediya" 9 xalla hazırda 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.


Geri qayıt