Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün sərbəst güləşçilərimiz "Poland Open" turnirində mübarizəyə başlayacaqlar



BrendSport.az xəbər verir ki, reytinq xarakterli yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar.

Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaqlar.

Yarışın proqramına əsasən, bu gün H.Əliyev və Ş.Şərifov, sabah sə H.Hacıyev mübarizəyə start verəcəklər. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.


Facebook-da paylaş

Xəbəri paylaş