Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bölgə klubu baş məşqçi ilə yollarını ayırdı



«Turan Tovuz»un baş məşqçisi İlham Yadullayev postundan ayrılıb.

BrendSport.az -ın məlumatına görə, bu, mövsümün yekunları ilə bağlıdır.

Qərb təmsilçisi «futbol ili»ni turnir cədvəlində 3-cü pillədə başa vurub ki, bu da rəhbərliyi gənc çalışdırıcıdan narazı salıb. Odur ki, ilyarım öncə komandaya dəvət olunan Yadullayevlə müqavilə uzadılmayıb.

«Neftçi-2» 64 xalla sezonu birinci yerdə tamamlayıb. «Zaqatala» gümüş medalı qazanıbsa, 51 xal toplayan «Turan» üçüncü olub.

Halbuki Tovuz komandası qış fasiləsinə rəqiblərindən 8 xal irəlidə yollanmışdı.


Facebook-da paylaş

Xəbəri paylaş