Əsas Səhifə > Ölkə idmanı > Bölgə klubu baş məşqçi ilə yollarını ayırdı
Bölgə klubu baş məşqçi ilə yollarını ayırdı29-05-2021, 16:15 |
«Turan Tovuz»un baş məşqçisi İlham Yadullayev postundan ayrılıb. BrendSport.az -ın məlumatına görə, bu, mövsümün yekunları ilə bağlıdır. Qərb təmsilçisi «futbol ili»ni turnir cədvəlində 3-cü pillədə başa vurub ki, bu da rəhbərliyi gənc çalışdırıcıdan narazı salıb. Odur ki, ilyarım öncə komandaya dəvət olunan Yadullayevlə müqavilə uzadılmayıb. «Neftçi-2» 64 xalla sezonu birinci yerdə tamamlayıb. «Zaqatala» gümüş medalı qazanıbsa, 51 xal toplayan «Turan» üçüncü olub. Halbuki Tovuz komandası qış fasiləsinə rəqiblərindən 8 xal irəlidə yollanmışdı. Geri qayıt |