Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Həyəcanlı deyildim"



"Düşünürəm ki, çıxışım yaxşı alındı. İlk dəfədir dünya çempionatında iştirak edirəm. Buna görə xoşbəxtəm".

BrendSport.az xəbər verir ki, bu fikirləri Azərbaycan gimnastı Nurcan Cabbarlı Bakıda keçirilən aerobika gimnastikası üzrə dünya çempionatındakı çıxışı barədə danışarkən deyib.

Fərdi proqramda 24-cü olaraq, finala vəsiqə qazanan bilməyən 18 yaşlı idmançı həyəcanlı olmadığını bildirib:

"Özümü ilk dəfə üçün yaxşı hiss edirdim. Doğma Azərbaycanda çıxış etmək çox gözəl və məsuliyyətli hissdir. Təəssüf ki, tamaşaçılar yoxdur. Düzdür, dəstək önəmlidir. Amma bütün fikrimizi tam olaraq yarışa cəmləməliyik".

Həm fərdi, həm də aerodans yarışlarında çıxış etdiyini xatırladan Cabbarlı hər iki növün özünəməxsus çətinliyinin olduğunu vurğulayıb:

"Heç biri asan deyil. 10 il akrobatika ilə məşğul olmuşam. Karyeramı bitirdikdən sonra özümü aerobika gimnastikasında sınamağa qərar verdim".


Facebook-da paylaş

Xəbəri paylaş