Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Onda çox güclü idim, sonra..."



“Çətin qələbə oldu. Çünki rəqibim tanınmış güləşçi, dünya və Avropa çempionu idi".

BrendSport.az xəbər verir ki, bu fikirləri Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində serbiyalı Viktor Nemesə qalib gələrək finala vəsiqə qazanması barədə danışarkən deyib.

77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazandığı üçün sevincli olduğunu bildirib:

"Bu, mənim ilk olimpiadam olacaq. Düşünürəm ki, orada hər şey daha uğurlu alınacaq. Çünki 2014-cü ildən sonra bu çəki dərəcəsində ilk yarışımdır".

Hüseynovun sözlərinə görə, təsnifat turniri üçün 12 kq çəki atıb: "Olimpiadada daha yaxşı çıxış edəcəyəm. 2020-ci ilin martında çox güclü idim. A

mma sonra koronavirus pandemiyası başladı və biz gözləməli olduq. Yarışa 87 kq çəki dərəcəsində getmək istəyirdim. Amma bu kateqoriyada güclü güləşçilərimiz var. Buna görə də 77 kq-a düşməyə qərar verdim".

Rafiq Hüseynovun bu gün keçiriləcək finaldakı rəqibi Bolqarıstanı təmsil edən erməni güləşçi Aik Mnatsakanyan olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş