Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Baş məşqçimiz komandada qalmağımı istədiyini bildirib"




"İlkin danışıqlar olub. Aftandil müəllim komandada qalmağımı istədiyini bildirib".

Bunu açıqlamasında "Səbail"lə müqaviləsi bitən Əfran İsmayılov deyib.

Təcrübəli futbolçu amma hələ də yeni müqaviləyə imza atmadığını bildirib: "Amma tam şəkildə razılığa gəlib, müqaviləyə imza atmamışam. Ona görə də hələ 100%-lik deyil. İnşallah yaxın günlərdə qərar veriləcək".

"Tam şəkildə razılığa gələ bilməməyinizə səbəb maliyyədir?" sualına isə İsmayılov qısaca "yox" cavabını verib.

Xatırladaq ki, 2020-ci ildən "Səbail"də çıxış edən yarımmüdafiəçinin sözləşməsi mövsümün sonu başa çatıb.


SPORTİNFO.AZ


Facebook-da paylaş

Xəbəri paylaş