Qazaxda “Sağlam gənclik” veloyürüşü keçirilib
Azərbaycan Gənclər Fondu və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Qazaxda “Sağlam gənclik” veloyürüşü keçirilib. Qazax rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin qarşısından start götürən veloyürüşdə 300-dən çox peşəkar və həvəskar gənc iştirak edib.
BrendSport.az saytı xəbər verir ki, Yürüş başa çatdıqdan sonra ərazidə velosiped dayanacaqları quraşdırılıb. Qazax rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində yeni yaradılan veloklubda texniki ləvazimatlar və velosipedlər gənclərin ixtiyarına verilib.
Facebook-da paylaş