Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün "Qarabağ"ın avrokuboklarda növbəti potensial rəqibləri müəyyənləşəcək



Bu gün "Qarabağ" komandasının Avropa kuboklarının növbəti təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşəcək.

BrendSport.az xəbər verir ki, əvvəlcə Çempionlar Liqası üçün püşkatma təşkil olunacaq. Səpələnmişlər səbətində yer alan "Qarabağ" - "Partizani" (Albaniya) cütünün qalibi növbəti mərhələdə

"Makkabi" (Təl-Əviv, İsrail)

"Linfild" (Şimali İrlandiya) / "Rusenborq" (Norveç) cütünün qalibi

"Dandolk" (İrlandiya) / "Riqa" (Latviya) cütünün qalibi

F91 (Düdelanj, Lüksemburq) / "Valletta" (Malta) cütünün qalibi

TNS (Uels) / İlkin raundun qalibi

ilə üz-üzə gələcək.

"Qarabağ" "Partizani" səddini keçə bilməsə, mübarizəni ya Avropa Liqasının II, ya da birbaşa III təsnifat mərhələsində davam etdirəcək. Bu, püşkün nəticəsindən asılı olacaq. Rəqib isə 6 cütdən ibarət qrupda I təsnifat mərhələsinin məğlubları olacaq.

BATE (Borisov, Belarus) / "Pyast" (Qlivitse, Polşa)

"Suduva" (Litva) / "Srvena Zvezda" (Serbiya)

"Şerif" (Tiraspol, Moldova) / "Saburtalo" (Gürcüstan)

"Dandolk" (İrlandiya) / "Riqa" (Latviya)

"Tre Penne" (San Marino) / "Santa Koloma" (Andorra)

Qeyd edək ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq püşkatmala müvafiq olaraq, Bakı vaxtı ilə saat 14:00-da və 15:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş