Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



7-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarında çimərlik voleybolu yarışları davam edir




Mayın 5-dən 28-dək Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunları davam edir.

BrendSport.az xəbər verir ki, 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınadığı yarışlarda növbə çimərlik voleybolçularına çatıb.

Astara şəhərində yerləşən AAAF Parkın ərazisindəki çimərlikdə qurulan xüsusi çimərlik voleybolu meydançası Avropa və dünya səviyyəli müvafiq yarışların keçirilməsi üçün bütün standartlara uyğunlaşlaşdırılıb. Paytaxt və regionları təmsil edən 9-u qız, 10-u oğlan olmaqla ümumi 19 komanda oyunların qalibi olmaq üçün mübarizə aparıb. Yeniyetmə voleybolçular iki gün ərzində gözəl oyun nümayiş etdiriblər, əyləncəli vaxt keçirərək əsl böyük turnir təcrübəsi yaşayıblar. Bu voleybol bayramını izləmək hər kəs üçün böyük zövq idi.

Qızların yarışında finalda “Zirvə” təmsilçiləri üz-üzə gəliblər. “Zirvə 2” komandası hər iki setdə "Zirvə 1" üzərində qələbə qazanaraq qızıl medala sahib çıxıb. Bürünc medal isə “Xətai 1”i 2:0 hesabı ilə məğlub edən “Azərreyl 2” komandasına qismət olub.

Oğlanlarda isə finalda ən güclü tərəf “Neftçi 1” olub. “Masallı-Zirvə” komandasına qalib gələn “ağ-qaralar” fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bürünc medalı isə “Zirvə 2”ni məğlub edən “Neftçi 2” komandası qazanıb.

Mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim olunub. Bununla yanaşı, qızlarda yarışların ən kiçik iştirakçısı və “Azarkeşlərin simpatiyası” nominasiyasının qalibinə xatirə hədiyyələri verilib.

“Zirvə" Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu oyunlar böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-Roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.


Facebook-da paylaş

Xəbəri paylaş