Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ənənəvi “Zirve Awards” mükafatının təqdimat mərasimi olub

Ənənəvi “Zirve Awards” mükafatının təqdimat mərasimi olub

AAAF Holdinq” şirkətinin beynəlxalq brendi – “Zirvə” Beynəlxalq İdman Klublarının ənənəvi “Zirve Awards” mükafatının təqdimat mərasimi keçirilib.
BrendSport.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Abıyev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.
Azərbaycan idmanının tanınmış simalarının, məşqçilərin, müxtəlif vəzifəli şəxslərin də daxil olduğu 150-yə yaxın qonağın iştirakı ilə təşkil edilmiş tədbirdə “Zirvə”nin ölkədaxili və beynəlxalq klublarının müxtəlif idman yarışlarındakı uğurları qiymətləndirilib. Doqquz nominasiya üzrə 30 mükafatın təqdim edildiyi mərasimdə “İlin komandası”, “İlin klubu”, “İlin məşqçisi”, “İlin yarışı”, “İlin hakimi”, “İdmanın inkişafında göstərdiyi xidmətlərə görə”, “Zirvə BİK-in təbliğində xidmətlərə görə”, “İlin idmançısı”, “Olimpiya ümidləri” nominasiyalarında qaliblər təltif edilib.
Azərbaycanın tikinti sektorunda özünəməxsus yeri olan və brendə çevrilən “AAAF Holdinq” idman obyektlərinin inşasında da böyük uğurlar əldə edib. Şirkətin beynəlxalq idman brendi isə “Zirvə” Beynəlxalq İdman Klubları – Zirve İnternational Sport Clubs-dır. Azərbaycanla yanaşı, 11 ölkədə fəaliyyət göstərən klubların sinerjisi olan bu layihə dünyanın müxtəlif ölkələrində ağır atletikaya böyük töhfə verməkdədir. Əlliyə yaxın klub Azərbaycan, Rusiya, Gürcüstan, İran, Türkiyə, Moldova, İsrail, Ukrayna, ABŞ, Belarus, Polşa və Bolqarıstandan olan yerli idmançılar üçün ən yaxşı şərait yaratmaq, vahid bir idman bayrağı – Azərbaycanın “Zirvə” sözü altında birləşərək idman qələbələri qazanmaq üçün çalışır.
“Zirvə” Beynəlxalq İdman Klublarının ənənəvi “Zirve Awards” mükafatının təqdimat mərasimi məhz bu klubların il ərzində əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsi və fərqləndirilməsi məqsədini daşıyır. Tədbirdə “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov, Çingiz Hüseynzadə və İsmayıl İsmayılov çıxış ediblər. Onlar ölkəmizdə idmanın gündən-günə inkişaf etdiyini, dövlət tərəfindən yaradılan şərait, diqqət və qayğı nəticəsində yeni-yeni uğurlar qazanıldığını qeyd ediblər.
Sonra mükafatlar təqdim edilib. Müxtəlif nominasiyalarda qalib olanlara xüsusi “Zirvə Awards” mükafatı verilib.
“Zirvə” BİK hər il müxtəlif yarışlarda nəticə göstərən idmançılara və onların məşqçilərinə mənzil sertifikatları təqdim edir. Son on il ərzində klubun 200-dən artıq üzvünə mənzillər verilib. 2018-ci ildə də beynəlxalq yarışlarda fərqlənən, sertifikat qazanmış idmançılara və onların məşqçilərinə münasibətdə də eyni addım atılıb. Mərasimdə onlara müvafiq sənədlər təqdim edilib. Qeyd olunub ki, 2019-cu ildə də bu ənənə davam etdiriləcək.
Nominasiyalar üzrə qaliblər aşağıdakılardır:

İlin komandası:
1. Azərbaycanın yeniyetmə oğlanlardan ibarət yığma komandası
2. Bədii gimnastika üzrə “Zirvə” komandası
3. Azərbaycanın yeniyetmə qızlardan ibarət yığma komandası
İlin klubu:
1. “Lənkəran-Zirvə”
2. “Ankara-Zirvə”
3. “Xırdalan-Zirvə”
İlin məşqçisi:
Asif Məmmədov (ağır atletika üzrə yığma komandanın baş məşqçisi)
İlin yarışı:
6-cı Zirvə oyunları
İlin hakimi:
Elxan Süleymanov - sabiq ağır atlet, Avropa kubokunun sahibi. Beynəlxalq dərəcəli hakim
İdmanın inkişafında göstərdiyi xidmətlərə görə:
1. Kaxi Kaxiaşvili. Canlı əfsanə, üçqat Olimpiya çempionu. Gürcüstan AAF-ın prezidenti
2. Halil Mutlu. Canlı əfsanə, üçqat Olimpiya, 5 qat dünya, 10 qat Avropa çempionu.
3. Nizami Paşayev. Ağır atletika üzrə dünya çempionu.
“Zirvə” BİK-in təbliğində xidmətlərə görə:
1. Fikrət Adıgözəlli, “İdman TV”
2. Rəşad Cəfərov, “Azərbaycan” qəzeti
İlin idmançısı:
1. Geogi Çxeidze (Tbilisi-Zirvə, Gürcüstan)
2. Ömər Cavadov (Xırdalan-Zirvə)
3. Ramil Əhmədov (Bakı-Zirvə)
4. Səid Əlihüseyni (Ərdəbil-Zirvə, İran)
5. Tarmenxan Babayev (Naxçıvan-Zirvə)
6. Dmitro Çumak (Jidaçiv-Zirvə, Ukrayna)
7. Nicat Rəhimov (Qazaxıstan)
8. Elşən Məmmədov (Lənkəran-Zirvə)
9. Qalya Şatova (Smolyan-Zirvə, Bolqarıstan)
10. Murad Əliyev (Sumqayıt-Zirvə)
11. Anastasiya Qotfrid (Tbilisi-Zirvə, Gürcüstan)
12. Məhəmməd Məmmədli (İsmayıllı-Zirvə)
Olimpiya ümidləri:
1. Sevil Hüseynli (bədii gimnastika)
2. Leyla Qurbanlı (ağır atletika)
3. Nərmin Soltanova (cüdo)
4. Hüseyn Hüseynov (karate)
5. Hüseyn Xəlilov (İdman gimnastikası).


Facebook-da paylaş

Xəbəri paylaş