Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Paytaxtımız beynəlxalq turnirə ev sahibliyi edir



BrendSport.az xəbər verir ki, Martın 27-də boks üzrə "Böyük İpək Yolu” beynəlxalq turnirinə start verilib. Bakı Boks Mərkəzində təşkil olunan ənənəvi yarışda 10 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Mərakeş, İraq, Türkiyə, Türkmənistan və Gürcüstan komandaları iştirak edirlər. Ümumilikdə 117 idmançının iştirak etdiyi beynəlxalq turnirin final görüşləri aprelin 1-də olacaq.
Azərbaycan yığması yarışa geniş heyətlə qatılıb. Komandamızın baş məşqçisi Vaqif Şirinov turnirdə 34 boksçunu sınaqdan keçirəcək. Milli komandadan başqa, ölkəmizin 4 klubunun ("Sədərək” İK, DİN İC,"Qəbələ” İK, "Neftçi” İK) 6 üzvü də medallar uğrunda mübarizə aparacaq.


Facebook-da paylaş

Xəbəri paylaş