"Neftçi" xanımları təbrik etdi
"Neftçi”nin inzibati binasında qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
BrendSport.az xəbər verir ki, tədbirdə klub prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin, futbolçular – Ruslan Abışov, Mamadu Mbodj və kollektivin digər üzvləri xanım əməkdaşlara və qızlardan ibarət U-13 komandamızın üzvlərinə təbrik və arzularını çatdırıblar, hədiyyələr təqdim ediblər.
Facebook-da paylaş