Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mövsümün ilk yarışının qalibləri müəyyənləşib



BrendSport.az xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının 2019-cu il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən Veloparkda mövsümün “Açılış yarışı” keçirilib. Yarışda klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 70-ə yaxın idmançısı iştirak edib.

15 yaşadək qız və oğlanların 7,2 km məsafəyə mübarizəsi Respublika Olimpiya Velosiped Məktəbinin yetirmələri Fatimə Əfqanzadə və Hüseyn Nərimanovun qələbəsilə başa çatıb. 12 km məsafə qət edən 17 yaşadək qızlar arasında fəxri kürsün ilk pilləsinə 7 saylı Olimpiya Məktəbinin təmsilçisi Viktoriya Sidorenko qalxıb. Bu yaş qrupunda çıxış edən oğlanların 21 km məsafəyə yarışında isə Respublika Olimpiya Məktəbinin üzvü Nikita Sitov qalib olub.

Gənc qızlar arasında 21 km məsafəni hamıdan tez başa vuran Respublika Olimpiya Velosiped Məktəbinin velosipedçisi Ayan Xankişiyeva qızıl medala layiq görülüb. Adı çəkilən məktəbin digər üzvü Nəcəf Bağırov isə gənc oğlanlar arasında 42 km məsafəni 1-ci tamamlayıb. Qalibər medal, diplom və hədiyyələrlə təltif ediliblər.















Facebook-da paylaş

Xəbəri paylaş