Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Olimpiya növləri üzrə Azərbaycan çempionatı keçirilib



Respublika Velotrekində velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın üzvü mübarizə aparıb.

BrendSport.az saytı xəbər verir ki, elit kateqoriyada sprint və keyrin növləri üzrə mübarizə yığma komandamızın lider idmançısı Sergey Omelçenkonun qələbəsilə yekunlaşıb. Respublika Olimpiya Ehtiyatları Uşaq, Gənclər Velosiped İdmanı Məktəbinin üzvü Nəcəf Bağırov gənclər arasında həm 1 km fərdi ötüşmə, həm də 3 km məsafəyə fərdi izləmə yarışında bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Nikita Sitov eyni növlərdə 17 yaşadək velosipedçilər arasında 1-ci olub. Bu məktəbin digər yetirmələri Elfanə Camalova 17 yaşadək qızlar arasında 2 km məsafəyə fərdi izləmə, Ayan Xankişiyeva isə 1 km-ə fərdi ötüşmə və 3 km-ə fərdi izləmə yarışında 1-ci yeri tutub.

7 saylı Olimpiya Uşaq, Gənclər İdman məktəbinin təmsilçisi Mustafa Muxtarlı 15 yaşadək oğlanlar arasında 1 km məsafəyə fərdi ötüşmə və 2 km məsafəyə fərdi izləmə yarışında qızıl medala layiq görülüb. Bu məktəbin digər yetirmələri Gülşən İsmayılova 15 yaşadək qızların mübarizəsində həm 660 km məsafəyə fərdi ötüşmə, həm də 1 km məsafəyə fərdi izləmə yarışında, Viktoriya Sidirenko isə 17 yaşadək qızlar arasında 660 km məsafəyə fərdi ötüşmə yarışında fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndərilib və idmançıların reytinq sıralanmasında öz əksini tapacaq.






















Facebook-da paylaş

Xəbəri paylaş