Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Autizmlilər arasında velosiped yarışı keçiriləcək



Sentyabrın 11-də Autizmlilərin İdman Klubları (AİK) autizmli uşaq və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirəcək.

AİK-in mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Dənizkənarı Milli Parkda baş tutacaq velosiped yarışı Azərbaycan Respublikası Paralimpiya Komitəsinin və Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (AVİF), Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı və AİK İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçiriləcək.

İdmanın bu növü autizmlilərin həyatında mühüm rol oynayır. Velosiped yarışının keçirilməsində məqsəd, həm də bu klublar arasında daha güclü idmançıları tapıb ortaya çıxarmaqdır.


Facebook-da paylaş

Xəbəri paylaş