Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Sumqayıt” futbol klubunun üzvləri qış hazırlığını başa vuraraq Vətənə qayıdıblar



“Sumqayıt” futbol klubu Antalyada təlim–məşq toplanışını başa vuraraq Vətənə qayıdıb. Qış fasiləsində üç futbolçunu sınaqdan keçirən klub təbrizli müdafiəçi Peyman Keşavarzı heyətinə qatmağı planlaşdırır. Baş məşqçi Ayxan Abbasov baxışda olan futbolçularla bağlı qərarını verib.

Klubun mətbuat xidmətindən BrendSport.az–a bildiriblər ki, 23 yaşlı P.Keşavarz ilə 1,5 illik müqavilənin imzalanması nəzərdə tutulur. Təbrizin “Traktorsazi” klubunun yetirməsi olan futbolçu sonuncu dəfə “Qostareş Fulad” komandasında çıxış edib.

“Sumqayıt” qış fasiləsində qapıçılar - Aydın Bayramov və Rəşad Əzizlini heyətinə qatıb. Bundan başqa, “Zirə”nin müdafiəçisi Adil Nağıyevi də transfer edən “gənclik şəhəri” təmsilçisi Bəxtiyar Həsənalızadəni həmin kluba göndərib. Peyman Babayi isə İranın “Maşınsazi” klubundan icarəyə götürülüb.


Facebook-da paylaş

Xəbəri paylaş