“Kasımpaşa” klubu bosniya və herseqovinalı futbolçunu heyətinə cəlb edib
İstanbulun “Kasımpaşa” futbol klubu bosniya və herseqovinalı yarımmüdafiəçi Haris Hayradinoviçi heyətinə qatıb.
BrendSport.az klubun saytına istinadla xəbər verir ki, 24 yaşlı futbolçu Xorvatiyanın “NK Osiyek” klubundan 2,5 milyon avro qarşılığında transfer edilib. Yarımmüdafiəçi ilə 3,5+1 illik müqavilə imzalanıb.
Haris Hayradinoviç cari mövsümdə Xorvatiya klubunun heyətində 24 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə verib.
Facebook-da paylaş