Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Velosiped sür, hərəkətə sən də qoşul" layihəsi start götürüb



Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası, “Gənc Velosipedçilər” İctimai Birliyi və Əlil Velosipedçilər Klubunun dəstəyi ilə 90 günlük aktivlik kampaniyası çərçivəsində Bakı şəhərində yerləşən ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında "Velosiped sür, hərəkətə sən də qoşul" layihəsi start götürüb.

Velosiped idmanına marağı daha da artırmaq üçün “Velosiped idmanının sağlamlıqda rolu və ondan istifadə qaydaları” mövzusunda seminar-təlimlərə Nəsimi rayonu 5 saylı orta məktəbdə start verilib. Tədbir zamanı məktəbin 200-ə yaxın şagirdi arasında təblığat və təşviqat işləri aparılıb.

Layihənin əsas məqsədi 3 ay ərzində 10.000 nəfərə yaxın tələbə, şagird və valideyn arasında təbliğat və təşviqat işləri aparmaqla kütləviliyi artırmaq və velosiped idmanına axını daha da gücləndirməkdir.











Facebook-da paylaş

Xəbəri paylaş