Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclər və İdman Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlər haqqında qısa məlumat Gənclər siyasəti



- Ümumilikdə 2018-ci il ərzində Gənclər və İdman Nazirliyinin Mərkəzi Aparatı və dəstəyi ilə gənclər siyasəti sahəsində 183 tədbir keçirilib, onlardan 165-i yerli, 18-ı isə beynəlxalq səviyyəli olmuşdur. 246 nəfər xarici ölkələrə ezam olunmuş, 1000 nəfər isə Azərbaycan Respublikasında qəbul edilmişdir.

- 17 yanvar 2018-ci il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş toplantı keçirilmişdir.

- Gənclər günü münasibətilə 2 fevral 2017-ci il tarixdə elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində fərqlənmiş 6 nəfər gənc "Gənclər üçün Prezident Mükafatı" ilə təltif edilmiş, 22 nəfər istedadlı gənc ötən ildə əldə etdikləri nailiyyətlərə görə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılmışdır.

- Elektron səsvermə vasitəsi ilə Naxçıvan şəhəri 2018-ci ilin "Gənclər paytaxtı" seçilmiş, "Gənclər paytaxtının" simvolik açarı Gənclər günü münasibətilə keçirilən tədbirdə Naxçıvan şəhərinə təqdim edilmişdir.

- Сari ilin yanvar-iyun ayları ərzində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Azərbaycan gəncliyi və Heydər Əliyev”, “Milli qurtuluşumuzun banisi” adlı silsilə tədbirlər, Azərbaycan Xalq Cumhuriyyətinin və Silahlı Qüvvələrin 100 illiyinə həsr olunmuş “Müasir Azərbaycan Ədəbiyyatı”, “Hər şey vətən üçün”, “Keçmişdən Gələcəyə Doğru”, “Aprel döyüşləri qəhrəmanlıq salnaməmizdir”, “Hər şey Qarabağ üçün” və s. maarifləndirici tədbirlər keçirilmişdir.

- “Azərbaycan Gəncləri Günü” və “Novruz bayramı” münasibəti ilə fevral-mart aylarında “N” saylı hərbi hissələrdə mədəni-kütləvi tədbirlər keçirilmişdir.

- 05-11 fevral 2018-ci il tarixlərdə Mingəçevir şəhərində ali və orta ixtisas təhsili müəssisələrinin ictimai fəal tələbələrinin iştirakı ilə “Qış Liderlik Məktəbi” keçirilmişdir.


- 14-16 fevral 2018-ci il tarixlərdə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Sabahın alimləri” VII Respublika müsabiqəsi keçirilmişdir.

- 14-16 fevral tarixlərdə Bakı şəhərində “Tələbələrin əmək bazarında uğurlu iştirakı" və 28-30 mart 2018-ci il tarixlərdə “Gənclərin işə düzəlməsi" üçün lazımi bilik və bacarıqların inkişafı mövzusunda təlim kursları keçirilmişdir.

- 23 fevral 2018-ci il tarixdə Xocalı soyqırımının iyirmi altıncı ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə XI Respublika turniri keçirilmişdir.

- 27 fevral - 03 mart 2018-ci il tarixlərdə “Breyn-rinq” intellektual oyunu üzrə "Azərbaycan Respublikası Prezidentinin Kuboku uğrunda beynəlxalq turnir" televiziya layihəsi həyata keçirilmişdir.

- 01-04 mart 2018-ci il tarixlərdə “Breyn-rinq” intellektual oyunu üzrə Azərbaycan Çempionatının televiziya layihəsi həyata keçirilmişdir. Çempionatda 30 komanda iştirak etmişdir.

- 2018-ci ilin mart ayında Bakı şəhəri üzrə məktəblilər arasında rus dilində "Xəmsə" Milli İntellektual Oyunu üzrə turnir təşkil edilmişdir. Turnirdə 100-dək məktəbli iştirak etmişdir.

- Azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə 2018-ci ilin mart ayının 2-də Quba rayonunda, 6-da isə Şamaxı rayonunda zona konfransları keçirilmişdir.


- 13 mart 2018-ci il tarixdə sosial müdafiəyə ehtiyacı olan 300 nəfər yeniyetmə və gənc üçün “Novruz” şənliyi təşkil edilmişdir.

- 13-16 mart 2018-ci il tarixlərdə Muzey Mərkəzində “Qədim Azərbaycan müasir gənclərin gözü ilə” adlı Art festival keçirilmişdir.

- 13, 28 və 29 mart 2018-ci il tarixlərdə Qaradağ və Abşeron rayonları, Sumqayıt şəhərində “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kampaniyası keçirilmişdir.

- 17 mart 2018-ci il tarixdə Bakı İdman Sarayında ilk dəfə səs verən gənclər üçün mədəni-kütləvi tədbir keçirilmişdir.

- Azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında gənclərə ətraflı məlumatlar vermək məqsədi ilə 30 mart 2018-ci il tarixdə “31 mart - Azərbaycanlıların soyqırımı Günü”nə həsr olunmuş konfrans keçirilmişdir.

- Mart-aprel ayları ərzində 8 universitetdə “Həyatla oyun” tamaşası, Salyan, Neftçala, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarında “Günahsız günahkarlar” adlı maarifləndirici teatr tamaşaları nümayiş olunmuşdur.

- 2018-ci ilin mart-may aylarında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Beyləqan, İmişlı, Füzuli, Bərdə, Tərtər, Ağdam, Cəbrayıl (Cocuqmərcanlı) rayonlarında “Səyyar kitabxana V” layihəsini həyata keçirmişdir.

- 12-15 aprel 2018-ci il tarixdə Bakı şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Gənclər Məşvərət Şurasının Bakı şəhərində 3-cü iclası keçirilmişdir. İclasda 20 ölkə və 1 beynəlxalq təşkilatdan 41 nəfər nümayəndə iştirak etmişdir.

- 25 aprel 2018-ci il tarixdə 15-dən çox ali təhsil müəssisəsinin iştirakı ilə “Tələbə baharı” Xl Ümumrespublika tələbə yaradıcılığı festivalı keçirilmişdir.



- 01 may 2018-ci il tarixdə Naxçıvan şəhərində “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans və “Azərbaycançılıq və gənclik” adlı mədəni-kütləvi tədbir keçirilmişdir.

- 9-10 may 2018-ci il tarixdə “Şahin” hərbi-idman oyununun respublika final yarışı keçirilmişdir. 10 may 2018-ci il tarixdə isə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində yarışın açılış mərasimi keçirilmişdir.

- 24 may 2018-ci il tarixdə Bakı İdman Sarayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar “Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı keçirilmişdir.

- 25 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və "Qızıl Qala production" tərəfindən Bakı şəhərində “Həmişə gənc” şüarı altında “Youthvision 2018” Beynəlxalq mahnı müsabiqəsi keçirilmişdir. Müsabiqədə 23 dövlətdən 60-a yaxın gənc ifaçı və münsiflər iştirak etmişdir.

- May-iyun aylarında Gənclər evlərində fəaliyyət göstərən video-studiyaların fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 36 nəfər gənc üçün peşəkar təlim kursu və sosial videoçarxlar müsabiqəsi keçirilmişdir.

- 06 iyun 2018-ci il tarixdə Qəbələ rayonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Dövlət Sərhəd Xidmətinin, Qəbələ rayon İcra Hakimiyyətinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərinə həsr olunmuş “Tarixin canlı səhifələri” adlı VI Gənclər Festivalı keçirilmişdir.

- 07-11 iyun 2018-ci il tarixlərdə Bakı şəhərində İntellektual oyunlar üzrə "Xəzər kuboku" VI Beynəlxalq turnir keçirilmişdir. Turnirdə 8 ölkədən 200-dən artıq gənc iştirak etmişdir.

- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.4-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə 10 – 11 iyul 2018-ci il tarixlərdə Naxçıvan şəhərində “Hünər” XII vətənpərvərlik mahnıları festivalı keçirilmişdir. Festivalda Naxçıvan Muxtar Respublikası üzrə iştirak edən gənclər arasından qaliblər və fərqlənənlər seçilmiş və mükafatlandırılmışdır.

- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.7-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə 2018-ci ilin avqust – sentyabr aylarında Lənkəran şəhərində və Quba rayonunda “Azərbaycan doğma diyarımdır” adlı vətənpərvərlik yay-istirahət düşərgələri təşkil edilmişdir. Düşərgələrdə 252 nəfər gəncin iştirakı təmin edilmişdir.

- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.14-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə 2018-ci ilin sentyabr ayının 27-də Qazax və 28-də Ağstafa rayonlarında azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğ edilməsi məqsədi ilə “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə azərbaycançılığın əsas mahiyyətinin, fəlsəfi anlamının, ideoloji prinsiplərinin gənclərə aşılanması məqsədi ilə çıxışlar edilmiş, müzakirələr aparılmışdır.

- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.3-cü və 5.1.4-cü yarımbəndlərinin icralarının təmin edilməsi məqsədi ilə 2018-ci ilin noyabr ayının 8-də “9 noyabr - Dövlət Bayrağı günü” münasibəti ilə “Beşinci Bayraq Festivalı” keçirilmişdir. Proqrama uyğun olaraq, tədbirdə hərbçilərin, tələbələrin və fəal gənclərin iştirakı təmin edilmiş, Azərbaycanın tarixi dövlət bayraqları nümayiş etdirilmiş, tanınmış müğənnilərin, rəqs qruplarının ifasında keçirilən maraqlı proqramla dövlət rəmzləri geniş təbliğ edilmişdir.

- 20-29 iyul 2018-ci il tarixlərdə Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində MDB iştirakçı dövlətləri gənclərinin iştirakı ilə “Yaradıcılıq emalatxanası” beynəlxalq düşərgəsi keçirilmişdir. Düşərgədə 7 ölkədən (Azərbaycan, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Tacikistan, Qırğızıstan) 80-dək gənc iştirak etmişdir.

- 24-28 sentyabr 2018-ci il tarixlərdə Azərbaycanda Xüsusi Olimpiya Gənc Liderlərin Forumu keçirilmişdir. Forumda 45 ölkədən 220-dən çox gənc iştirak etmişdir.

- 1-4 oktyabr 2018-ci il tarixlərdə X Beynəlxalq Uşaq Muğam Müsabiqəsi keçirilmişdir. Müsabiqədə 9 ölkədən (Türkiyə, Misir, İran, Özbəkistan, Tacikistan, Tunis, Əlcəzair, Qazaxıstan, Türkmənistan) 60-dək ifaçı iştirak etmişdir.

- 5-7 oktyabr 2018-ci il tarixlərdə Azərbaycanda II Robot Olimpiadası keçirilmişdir. Olimpiadada 22 ali və orta təhsil müəssisəsindən 54 komanda iştirak etmişdir.

- 23 oktyabr 2018-ci il tarixdə Bakı şəhərində İstedadlı və Yaradıcı Gənclərin III Respublika Toplantısı keçirilmişdir. Toplantıda ölkənin bütün regionlarından ümumilikdə 600-dək gənc iştirak etmişdir. Toplantı çərçivəsində görkəmli elm və mədəniyyət xadimlərinin iştirakı ilə 4 bölmə üzrə görüşlərdə 600-dən artıq gənc iştirak etmişdir.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.1.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə 2-26 oktyabr 2018-ci il tarixlərdə Azərbaycan Gənclərinin VIII Forumunun zona toplantıları və 16 noyabr 2018-ci il tarixdə Bakı Konqres Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu keçirilmişdir. Bütün regionlardan ümumilikdə 2000-dək gənc iştirak etmişdir.

- 25-29 noyabr 2018-ci il tarixlərdə Azərbaycanda Belarus gəncləri günləri keçirilmişdir. Səfər çərçivəsində qonaqlar Bakı şəhəri ilə yanaşı Naxçıvan Muxtar Respublikasında da səfərdə olmuşlar.

- 10-12 dekabr 2018-ci il tarixlərdə Bakı şəhərində yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə VI Azərbaycan Çempionatının final mərhələsi keçirilmişdir. Finalda 22 şəhər və rayondan 32 komanda iştirak etmişdir.

- 10-15 dekabr 2018-ci il tarixlərdə Bakı şəhərində “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq bilik olimpiadası keçirilmişdir. Olimpiadaya 10 ölkədən (Azərbaycan, Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Estoniya, Gürcüstan, Özbəkistan, Türkmənistan, Tacikistan) 108 nəfər iştirakçı qatılmışdır.

- 29 oktyabr-1 noyabr 2018-ci il tarixlərdə “Könüllülərin beynəlxalq gənclər forumu” Bakı şəhərində keçirilmişdir. Forumda 8 ölkəni təmsil edən 80 gənc iştirak etmişdir.

- 6-7 dekabr 2018-ci il tarixlərdə Bakı şəhərində “Gənc investor 2018” birja ticarəti üzrə III simulyasiya yarışı keçirilmişdir. Yarışda 7 ali təhsil müəssisəni təmsil edən 20 komanda iştirak etmişdir.

- Avropa Şurasının Azərbaycan üzrə fəaliyyət planına əsasən Azərbaycan dilinə tərcümə edilmiş "Kompas” və “Öz sözünü de” təlimat vəsaitləri çap olunmuşdur. 10 dekabr 2018-ci il tarixdə Avropa Şurası Gənclər departamentinin nümayəndələrinin iştirakı ilə keçirilmiş “Gənclərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təsili üzrə milli forum”da təlimat vəsaitlərinin təqdimatı olmuşdur.

- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə “Avropa Gənclər Parlamenti - Azərbaycan” İctimai Birliyi tərəfindən 3-8 iyul 2018-ci il tarixlərdə Bərdə şəhərində “Avropa Gənclər Parlamentinin 3-cü Beynəlxalq Gənclər Forumu - Qarabağ Beynəlxalq Forumu” adlı tədbirin keçirilməsinə kömək göstərilmişdir. Forumda Finlandiya 2, Polşa 1, Türkiyə 2, Avstriya 1, Yunanıstan 1, Hollandiya 1, Estoniya 1, Fransa 1 və Azərbaycandan 20 gənc iştirak etmişdir.

- “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın 5.2.19-cu və 5.7.6-cı yarımbəndlərinin icralarının təmin edilməsi məqsədi ilə 10-20 iyul 2018-ci il tarixlərdə gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə keçirilmiş və 14 təşkilatın layihəsi maliyyələşdirilmişdir.



- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.8 yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə 15-25 avqust 2018-ci il tarixində Xaçmaz rayonunda “Möcüzələr Diyarı Azərbaycan-2018” adlı beynəlxalq skaut düşərgəsi həyata keçirilmişdir. Düşərgəyə 400-dən çox iştirakçı qatılmışdır.

- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.7.4-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə 13 noyabr 2018-ci il tarixdə Gənclər təşkilatlarının V Respublika sərgisi keçirilmişdir. Sərgidə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun və Müasir Azərbaycan Gənci televiziya proqramının ayrıca stendləri, 87 gənclər təşkilatı və 11 gənclər evləri öz stendləri ilə iştirak etmişlər. Bundan başqa sərgi çərçivəsində gün ərzində müxtəlif mövzular üzrə gənclər üçün təlimlər keçirilmişdir.

- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə eləcə də 2017-ci ildə Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlığı üzrə birgə Hökümətlərarası Komissiyasının keçirilmiş 14-cü iclasının protokoluna əsaslanaraq 20-25 noyabr 2018-ci il tarixlərdə Bakı şəhərində II Azərbaycan-Qazaxıstan Gənclər Forumu keçirilmişdir. Forumda 20 Qazaxıstan gənci və 60 yerli gənc iştirak etmişdir.

- “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.1-ci yarımbəndinin və Türk Şurası gənclər və idman nazirlərinin 2017-ci il Bakıda keçirilmiş II toplantısının protokolunun icralarının təmin olunması məqsədi ilə 25 noyabr - 02 dekabr 2018-ci il tarixlərdə Bakıda və Naxçıvanda Türk Şurası Gənc Liderlərinin Forumu keçirilmişdir. Forumda Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Türk Şurası katibliyinin əməkdaşları iştirak etmişlər. Rəsmi açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, gənclər və idman naziri Azad Rəhimov, Türk Şurası baş katibinin müavini Ömər Kocaman, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Türkdilli Ölkələrin Parlament Assambleyası baş katibinin müavini Ali Yıldız iştirak etmişlər.

- 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2018-ci il tarixli Sərəncamına əsasən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi ilə birgə “Dövlətlərin sahib olduğu hərbi güc dövlətlərarası sivil münasibətlərin inkişafında effektiv rol oynayır” mövzusu ətrafında 2018-ci ilin oktyabr-dekabr aylarında “Respublika Gənclər Debat Forumu”nun payız mövsümü həyata keçirilmişdir. Forumun seçim turnirləri Bakı, Mingəçevir, Gəncə, Şəki və Sumqayıt şəhərlərində, İsmayıllı, Biləsuvar, Hacıqabul, Şirvan, Salyan və Sabirabad rayonlarında təşkil edilmişdir. Keçirilmiş tədbirlərdə 401 komanda iştirak etmişdir. Ümumilikdə forumda 1000-dən artıq gəncin iştirakı təmin edilmişdir. Forum eyni zamanda 22 ali məktəbi (Bakı şəhərində 16 ali məktəb, digər şəhər və rayonlarda 6 ali məktəb) əhatə edib. Mövsüm ərzində ümumilikdə 79 təlim, 14 ekspert görüşü, 36 turnir, 8 forum keçirilmişdir. Forumun bağlanış və mükafatlandırma mərasimi 3 dekabr 2018-ci il tarixlərdə Bakı şəhərində təşkil edilmişdir. "Respublika Gənclər Debat Forumu: Payız 2018" çərçivəsində keçirilmiş "Bakı Gənclər Debat Forumu: Payız 2018" yekun qiymətləndirməyə əsasən azərbaycan dili və rus dili bölməsi üzrə isə Bakı Dövlət Universitetinin komandaları forumun payız finalının qalibləri elan olunmuşlar.

- 24-31 iyul 2018-ci il tarixlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri həyata keçirilmişdir. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Azərbaycanın mədəniyyəti, elmi və tarixi ilə tanış olmuş, bir sıra dövlət və qeyri-hökumət təşkilatların nümayəndələri ilə görüşmüşlər. Nümayəndə heyətinin üzvləri həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyeva ilə görüşmüş, səfər təsüratları ilə bölüşərək, ona xatirə hədiyyələrini təqdim etmişdilər. Nümayəndə heyəti 28 nəfərdən ibarət idi.

- 19 oktyabr 2018-ci il tarixdə www.virtualkarabakh.az portalının yeni versiyasının, Qarabağ haqqında infovideoların və “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin türk dilində versiyasının təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində dövlət rəsmiləri, elm nümayəndələri çıxış etmişdilər. Təqdimat mərasimində 200 nəfər dövlət, qeyri-hökumət, tələbə təşkilatlarının və gənclərin nümayəndələri iştirak etmişdir.

- 22 oktyabr 2018-ci il tarixdə “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda ll gənclər sərgisi keçirilmişdir. Sərgidə 110 gəncin əl işləri nümayiş etdirilmişdir.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.5.3.-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədi ilə 21 dekabr 2018-ci il tarixdə Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Tələbələrinin II Qurultayı keçirilmişdir. Qurultayın işində 700 nəfər tələbə iştirak etmişdir.

- 24 dekabr 2018-ci il tarixdə “Qarabağ - əcdadlarımızın mirası” və “Cəbrayıl” 3D qrafik təsvirli filmlərinin təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində dövlət, qeyri-hökumət, tələbə təşkilatlarının nümayəndələri iştirak etmişdirlər.

- 25 dekabr 2018-ci il tarixdə "İdeya var!" gənclərin ll Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilmişdir. Müsabiqədə 200 nəfərdən artıq gənc iştirak etmişdir.

- 26 dekabr 2018-ci il tarixdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilmişdir.







İ d m a n
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2018-ci il üçün təsdiq etdiyi tədbirlər planına əsasən respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 225 respublika yarışları təşkil edilmiş, 58 beynəlxalq yarış keçirilmiş,236 beynəlxalq yarışlarda ölkə yığma komandalarının iştirakı təmin olunmuşdur.
-
- 2018-ci ildə dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında və beynəlxalq turnirlərdə 263 - qızıl, 230 - gümüş və 260 - bürünc olmaqla ümumilikdə 753 medal əldə edilmişdir.

- İdman növləri üzrə yığma komandalar 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışda iştirak etmişdir.

- Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak etmək üçün idmançılarımız tərəfindən 17 lisenziya əldə edilmiş və 3 qızıl, 1 gümüş və 3 bürünc medal, ümümi 7 medal qazanılmışdır.

- Hesabat dövründə sərbəst və yunan-Roma güləşi üzrə Müşfiq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir, kişi və qadın gimnastikası üzrə dünya kuboku, Mingəçevir şəhəri “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə “Prezident Kuboku” beynəlxalq reqatası, Milli Gimnastika Arenasında batut, tamblinq və mini-batut gimnastikası üzrə 26-cı Avropa çempionatı, akrobatika gimnastikası üzrə dünya kuboku, Bakı şəhərində Türk Şurasına üzv dövlətlərin Universitet İdman Oyunları, Formula 1 üzrə “Azərbaycan Qran-Pri” yarışı, şahmat üzrə dünya çempionu norvecli Maqnus Karlsenin iştirakı ilə “Shamkir Chess-2018” beynəlxalq super-turnir, Naxçıvan şəhərində “Naxçıvan Open-2018” beynəlxalq şahmat festivalı, velosiped idmanının BMX növü üzrə dünya çempionatı, Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları, Bakı şəhərində cüdo üzrə dünya çempionatı, Bakıda Beynəlxalq Gimnastika Federasiyasının ali orqanı olan Konqresin iclası, Bakı şəhərində mas-reslinq üzrə Avropa çempionatı və s.tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilmişdir.
- Bundan əlavə 24-28 sentyabr 2018-ci il tarixlərdə Bakı şəhərində Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi ilə əlaqədar olaraq Gənc Liderlərin Qlobal Forumu keçirilmişdir. Yubiley tədbirləri çərçivəsində YUNİFİED (Birləşmiş idman) layihəsi üzrə təlimlər, fəxri qonaqlar və ulduzlardan ibarət mini-futbol komandası atletlərdən ibarət futbol komandası ilə oyun Bakı İdman Sarayında keçirilmişdir.

- Aprel ayında İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gənclər və idman nazirlərinin 4-cü konfransı, noyabr ayında isə Ümumdüyna Antidopinq Agentliyinin İcraiyyə Komitəsinin ümumi yığıncağı və Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilmişdir.

2018-ci il medallar

Olimpiya proqramı

Qızıl Gümüş Bürünc Cəmi
85 90 138 313

Qeyri-Olimpiya proqramı

Qızıl Gümüş Bürünc Cəmi
178 140 122 440

263 230 260 Cəmi 753

2017-ci il medallar
Olimpiya proqramı üzrə
Qızıl Gümüş Bürünc Cəmi
174 127 153 454

Qeyri-olimpiya proqramı üzrə
Qızıl Gümüş Bürünc Cəmi
173 109 115 397
347 236 268 Cəmi 851



Beynəlxalq əlaqələr

- Hesabat dövrü ərzində gənclər və idman sahələrində beynəlxalq əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilmişdir.

- 06 fevral 2018-ci il tarixdə Ramallah şəhərində keçirilmiş “İslam Əməkdaşlıq Təşkilatı Gənclərinin Paytaxtı - Qüds 2018” beynəlxalq proqramın Açılış Mərasimində iştirak etmək üçün nazir Azad Rəhimovun rəhbərliyi ilə nümayəndə heyəti Fələstin Dövlətinə səfər etmişdir.

- İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Bakıya rəsmi səfəri çərçivəsində 28 mart 2018-ci il tarixdə “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran Islam Respublikasının İdman və Gənclər Nazirliyi arasında idman və gənclər sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun 2018-2019-ci illər üçün İcra Planı” imzalanmışdır.

- 17-19 aprel 2018-ci il tarixlərdə Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri (GİN) Konfransının 4-cü Sessiyası keçirilmişdir.

- Nazir müavini Fərhad Hacıyev 11-12 may 2018-ci il tarixlərdə Serbiya Respublikasının Belqrad şəhərində keçirilmiş “Milli Olimpiya Komitələrinin Oyunların Təşkili ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitələrinin 39-cu seminarı”nda iştirak etmişdir. Tədbir çərçivəsində 2019-cu ildə keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalına Bakının ev sahibliyi etməsi ilə bağlı təqdimat keçirilmişdir.Təqdimat zamanı idman yarışlarının sayı, növləri, onların keçiriləcəyi məkanlar, iştirakçı idmançıların və rəsmilərin ehtimal olunan sayı, idmançıların qalacaqları binalar və digər mühüm əhəmiyyət kəsb edən sahələr barədə seminar iştirakçılarına geniş məlumat verilmişdir.


- Gənclər və idman sahəsində əlaqələrin mövcud vəziyyətinin və gələcək perspektivlərinin müzakirəsi məqsədi ilə nazir Azad Rəhimov xarici ölkələrin səfirləri ilə görüşmüşdür.

- Gənclərinin beynəlxalq mübadilə proqramları çərçivəsində 24 iyul-02 avqust 2018-ci il tarixlərdə Koreya Respublikasının 11 nəfərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil edilmiş və 8-17 avqust 2018-ci il tarixlərdə Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayevin rəhbərliyi ilə 12 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Koreya Respublikasına ezam edilmişdir.

- 20-31 avqust 2018-ci il tarixlərdə Mərakeş Krallığının 12 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmiş və 2-12 sentyabr 2018-ci il tarixlərdə Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun baş məsləhətçisi Elçin Nəcəfovun rəhbərliyi ilə 11 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti Mərakeş Krallığına ezam edilmişdir.

- VI Rusiya-Azərbaycan Gənclər Forumunda iştirak etmək məqsədilə nazir Azad Rəhimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 17-21 dekabr 2018-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva və Mahaçqala şəhərlərinə ezam edilmişdirlər.

Olimpiya İdman Kompleksləri


- Respublikamızın şəhər və rayonlarında hal-hazırda 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir.

- 2018-ci ildə Lənkəran şəhərində Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir. 3 Olimpiya İdman Kompleksinin (Neftçala OİK, Tərtər OİK, Goranboy OİK) və 2 İdman Kompleksinin (Yardımlı İK, Qala İK) tikintisi davam etdirilir. Beyləqan OİK isə artıq açılışa hazırdır.

- Yevlax Olimpiya İdman Kompleksinin layihələndirilməsi başa çatdırılmışdır.

- Günəşli qəsəbəsində yeni şahmat məktəbi, Buzovna qəsəbəsində isə idman zalı tikilib istifadəyə verilmişdir. 8 idman zalının tikintisi davam etdirilir.


Facebook-da paylaş

Xəbəri paylaş