Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Daxili işlər orqanlarının əməkdaşları arasında sərbəst güləş çempionatı keçirilib



Daxili işlər orqanlarının əməkdaşları arasında sərbəst güləş çempionatı keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BrendSport.az -a bildiriblər ki, nazirliyin İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxətdinova və Daxili Qoşunların Baş İdarəsinin İdman komandasının rəisi, polkovnik Namiq Abdullayev turnirin açılış mərasimində çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Yarışda ərazi polis orqanlarını, nizami hissə və tədris müəssisələrini təmsil edən 10 komandanın heyətində 80 idmançı mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda komanda yarışında ilk üçlükdə Daxili Qoşunlarının Baş İdarəsi, Naxçıvan Muxtar Respublikası DİN və Əlahiddə Çevik Polis Alayının əməkdaşları qərarlaşıblar.

Bədir Sadıqov (61 kiloqram, Naxçıvan MR DİN), Eldar Məmmədov (65 kiloqram, DQ), Nadir Şərifov (70 kiloqram, DQ), Elvin Dövlətov (74 kiloqram, DQ), Alı Bayramov (84 kiloqram, DQ), Elmir Şirinov (97 kiloqram, Gəncə ŞBPİ) və Üzeyir Yusifov (125 kiloqram, ƏÇPA) yarışın baş mükafatını qazanaraq çempion olublar.

Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov və Seymur Qurbanbəyov iştirak ediblər.

Mükafatlandırma mərasimində çıxış edən idmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olduğunu, polis idmançılarımızın təcrübələrinin ildən-ilə artdığını diqqətə çatdırıb.

Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.


Facebook-da paylaş

Xəbəri paylaş