Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Аzərbаycаn pоlisi - 100



Аzərbаycаn pоlisinin 100 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Martın 15-dən 17-dək DİN-in Atıcılıq tirində keçirilən yаrış da bu əlamətdar yubileyə həsr olunub.

BrendSport.az saytı DİN-ə istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində dövlətçiliyin qorunub saxlanması, sabitliyin bərqərar olmasında hüquq mühafizə orqanlarının xidmətlərini vurğulayaraq, diqqətə çatdırıb ki, ötən 100 ildə Azərbaycan Polisinin xalqa sədaqətlə xidmət etməsi, öz vəzifələrini daim ləyaqətlə yerinə yetirərək xalqın mənafelərini qoruması, müstəqillik illərində əldə etdiyi yüksək nəticələrlə hazırda ölkəmiz MDB məkanında, həmçinin Şərqi Avropa bölgəsi üzrə cinayətlərin sayının azlığı, sabitliyin etibarlı təminatı baxımından ən yaxşı göstəriciyə malik dövlətdir.

İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov “Polis haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı tədbir iştirakçılarına məlumat verərək, qanunvericilikdən irəli gələn tələblər barədə onları məlumatlandırıb, yarışın qaydaları və təhlükəsizlik tədbirlərini onlara izah edib.Daha sonra güllə atıcılığı yarışına start verilib.

Ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 12 komandadan 85 əməkdaş hədəfi nişan alaraq müxtəlif hərəkətlər üzrə sərrastlıqlarını sınayıblar.

Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Baş Dövlət Yol Polisi, DİN Daxili Qoşunlarının Baş İdarəsi və DİN-in Komendant Xidmətinin əməkdaşları qərarlaşıblar.

Yarışın proqramına daxil olan tabel silahından atəş açmaqda birinci xüsusi tapşırığın yerinə yetirilməsində qadınlar arasında BDYPİ-nin əməkdaşı, polis polkovnik-leytenantı Fəqanə Kərimova fərqlənib, bu nəticə ilə o, 5-ci dəfə DİN birinciliyinin qalibi olub. Kişilər arasında da BDYPİ-nin əməkdaşı, polis baş leytenantı Pərviz Tağıyev ən yüksək nəticəni göstərərək yarışın baş mükafatına layiq görülüb.

İkinci xüsusi tapşırığın yerinə yetirilməsində DİN-in Komendant Xidmətinin polis nəfəri, polis baş serjantı Aynurə Muradova daha çox xal toplaya bilib.

Əlahiddə Çevik Polis Alayının təmsilçisi Ramin Quliyev də verilən xüsusi tapşırığı müvəffəqiyyətlə yerinə yetirərək fəxri kürsünün ilk pilləsinə qalxıb.

Kişilər arasında keçirilən avtomatdan hədəfi nişan almaqda BDYPİ-nin daha bir əməkdaşı, polis polkovnik-leytenantı Fuad Alışov da rəqiblərini önləyərək bu yarışda qələbələrinin sayını 3-ə çatdırıb.

Nəticələrdən də göründüyü kimi BDYPİ-nin əməkdaşları daha çox fəallıq nümayiş etdirib, yüksək nəticələr əldə ediblər. Yol polislərinin komandasının rəhbəri, polis kapitanı Süleyman Əliyev bildirdi ki, bayır xidmətinin çətinliklərini nəzərə alaraq yol polisləri bu yarışa daha ciddi hazırlaşdılar: “Ümumilikdə xidməti-tətbiqi idman növləri, o cümlədən DİN birinciliklərində yüksək nəticələr qazanmağı qarşımıza məqsəd qoymuşuq”.

Yarışın idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Seymur Qurbanbəyov, Zaur Məcidov, polis kapitanları Munir Orucov və Əlişan Tunc iştirak ediblər.

Sonda qaliblərə medallar, diplomlar, “Fəxri fərman”lar və qiymətli hədiyyələr təqdim olunub.

Əliqasım Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş