Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”



“Dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən əvvəlində keçirilməsi daha məqsədəuyğundur”

Yeni layihəmiz çərçivəsində idman aləmində tanınmış simalarla, eyni zamanda bu sahədə çalışan insanlarla idmandan başqa, ictimai-siyasi həyatımızda baş verən digər yeniliklər barədə söhbətlərimizi davam etdiririk.
Budəfəki qonağımız millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevdir.

- Adil müəllim, özünüz haqda məlumat oxucularımız üçün də maraqlı olardı.

- 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşam. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirmişəm. 1992-ci ildən idman ustasıyam. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirdikdən sonra, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət etmişəm. 1994-2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə Keçid Bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləmişəm. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib, 2000-ci ildə "Polis əlaçısı" olmuşam. 2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb, 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirmişəm. 2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "İgidliyə görə" dövlət mükafatı ilə təltif edilib, 2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini işləmişəm. 2009-cu ildə kikboksinq üzrə veteranlararası Dünya çempionu, 20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişəm. 2005-2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvüyəm. 2010-cu ildə BDU-nun aspiranturasını bitirmişəm. 2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən azərbaycan və rus dilinə tərcuməsinin ideya müəllifi olmuşam. Kitabda uydurma erməni soyqırımı tarixi faktlarla ifşa olunur, qonşularımızın Azərbaycan və Türk xalqlarına qarşı apardığı terrorçu siyasətdən bəhs edilir. 2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir. 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam. Ailəliyəm, üç övladım var.



- İdman əldə etdiyiniz naliyyətləriniz.

- 1992-ci ildən idman ustasıyam. 2009-cu ildə kikboksinq üzrə veteranlararası Dünya çempionu oldum. 2000-ci ildən isə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti kimi fəaliyyət göstərirəm.

- Adil müəllimi həm idmancı, həm məşqçi, həm də daim ictimaiyyət arasında olan şəxs kimi tanıyırıq. Maraqlıdır, bu qədər işin öhdəsindən necə gəlirsiz?

- Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam. Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır.



- Qarşıdan növbədənkənar prezident seçkiləri gəlir. Builki seçkilərə Adil müəllimin baxışı.

- Azərbaycanda bütün seçkilər Konstitusiya normalarına, Seçki Məcəlləsinə və digər aidiyyatı qanunvericilik aktlarına uyğun olaraq demokratik, şəffaf və ədalətli şəkildə keçirilib. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkiləri xalqın iradəsini əks etdirib, həmçinin yerli və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib:

"Bilirsiniz ki, Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edildi və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadıldı. Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə, Azərbaycan Respublikası Prezidentinin seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur". Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda — oktyabrın 17-də keçirilməsi nəzərdə tutulmuşdu: "Ancaq bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür. Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən əvvəlində keçirilməsi daha məqsədəuyğundur".



- Adil müəllim, maraqlı fikirləriniz üçün təşəkkür edirik.

- Sağ olun, sizə də uğurlar.

Alxas Məmmədov


Facebook-da paylaş

Xəbəri paylaş