Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Səbail” "Neftçi"yə qarşı - Yenilənir



Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.

Turun ilk görüşündə “Keşlə” ilə “Qəbələ” üz-üzə gəlib. Ötən turda doğma meydanda “Qarabağ”a uduzan “Qəbələ” Bakı səfərindən azı heç-heçəylə qayıtmağı hədəfləmişdi. Amma bölgə klubu daha inamlı çıxış edərək, bu oyundan qələbə ilə ayrılıb.

Günün son matçında “Qarabağ” debütant “Sabah”ı sınağa çəkib. “Köhlən atlar”ı noyabrın 29-da “Sportinq”lə Avropa Liqasının matçı gözləyir. Bəlkə də, həmin oyuna görə Qurban Qurbanovun komandası özünü çox yormamağa çalışıb. Amma “Sabah”ın asan rəqib olmadığını da unutmaq olmaz. Qarşılaşma isə heç-heçə başa çatıb.

Turun qalan iki oyunu bu gün keçiriləcək.

Lider “Neftçi” bu turda “qardaş”ı “Səbail”lə münasibətlərinə aydınlıq gətirəcək. Hazırda hər iki komandanın turnir cədvəlindəki mövqeyi yaxşıdır. “Neftçilər” zirvədə yer alıbsa, “Səbail” 3-cü pillədə qərarlaşıb. Amma bu oyunda “qardaşlar”dan biri, ya da ikisi də xal itirməyə məcburdur.

Tura “Zirə” - “Sumqayıt” matçı ilə yekun vurulacaq. Nazim Süleymanovun qalmaqallı şəkildə “kimyaçılar”dan ayrılmasından sonra “sükan arxasına” Ayxan Abbasov keçib. Abbasov “Sumqayıt”ın baş məşqçi postunda ilk “imtahan”ını məhz keçmiş komandası “Zirə”yə qarşı matçda verəcək.

Azərbaycan Premyer Liqası, 12-ci tur

24 noyabr

Keşlə - Qəbələ 1:2

Qol: Amil Yunanoov, 38 - Ceyms Adeniyi, 17. Voislav Stankoviç, 20.

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASK Arena”. Saat 17:00.

Keşlə: 30. Davud Kərimi, 33. Tərlan Quliyev (k), 3. Denis Silva, 93. Edvinas Girdvainis, 2. Sərtan Taşqın, 4. Slavik Alxasov, 22. Nikola Mitroviç, 90. Ebrima Sohna, 17. Samir Məsimov, 9. Amil Yunanov, 14. Andre Klennon

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 65. Cabir Əmirli, 71. Emin Quliyev, 18. Ruslan Əmircanov, 10. Ruslan Nəsirli, 88. Məmməd Quliyev, 11. Bahodir Nasimov, 7. Vaqif Cavadov, 80. Diallo Quydileye, 21. Herve Tçami, 31. Georgios Georgiadis, 94. Seymur Əsədov

Baş məşqçi: Tərlan Əhmədov

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 88. Sabien Lilay

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 7. Roman Hüseynov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 32. Amin Seydiyev

Baş məşqçi: Sənan Qurbanov

Qarabağ - Sabah 1:1

Qol: Yakub Jezniçak, 45+1 - Elgün Nəbiyev, 44.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
Hakim-inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19:00.

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 8. Markos Madera (k), 9. Araz Abdullayev, 10. Dani Kintana, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerye.

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 11. Mahir Mədətov,
14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 25. Ansi Aqolli, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.

Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 30. Saşa Stamenkoviç, 13. Filip İvanoviç, 15. Erik Ramos, 25. Vanderson Silva, 22. Miloş Bosançiç, 21. Novruz Məmmədov, 19. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev (k), 4. Tərzin Cahangirov, 32. Elvin Yunuszadə, 11. Elgün Nəbiyev.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 27. Bəxtiyar Soltanov, 6. Vadim Abdullayev, 3. Elvin Bədəlov, 14. Tural Qürbətov, 7. Vitali Kvaşuk, 33. Eltun Turabov, 2. Ülvi İbazadə, 77. Şakir Seyidov, 12. Zahid Mərdanov, 97. Emil Qasımov.

Baş məşqçi: Elşad Əhmədov.

25 noyabr

Səbail - Neftçi 0:1

Qol: Baqali Dabo, 41.

Hakimlər: Rauf Cabbarov, Cəmil Quliyev, Vüqar Bayramov, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Bakı. “Bayıl Arena”. Saat 17:00.

Səbail: 1. Emil Balayev, 4. Enrike Perilyo, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 18. Aqşin Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 88. Orxan Qurbanlı, 70. Urfan İsmayılov,77. Ədilxan Qarəhmədov

Baş məşqçi: Aftandil Hacıyev

Neftçi: 1. Səlahət Ağayev, 28. Slavko Braliç, 18. Tural Axundov, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 73. Nail Alışov, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 70. Əli Şirinov, 37. Vüsal Əsgərov, 7. Namiq Ələsgərov, 4. Rəşad Eyubov, 11. Kvame Karikari

Baş məşqçi: Roberto Bordin

Zirə - Sumqayıt

Hakimlər: Səbuhi Bayramov, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. "Dalğa Arena". Saat 19:00.


Facebook-da paylaş

Xəbəri paylaş