Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi" liderliyi geri aldı



Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Turun oyunları üç gün ərzində keçirilib. İlk oyun günündə "Qarabağ" "Sumqayıt"la qarşılaşıb. Ölkəmizi Avropa Liqasında təmsil edən Ağdam təmsilçisi əsas diqqətini məhz bu yarışa yönəldib. Amma “köhlən atlar” “kimyaçılar”la görüşdə qələbə qazanmaqla, çempionluq mübarizəsində mövqeyini əldən verməməyə çalışacaqdı. Ağdam komandası 3 xalı tək qolla əldə edib.

İkinci oyun günündə isə "Səbail"lə "Zirə" münasibətlərinə aydınlıq gətirib. Ötən mövsüm 4 dəfə üz-üzə gələn komandaların duelində "Zirə" 3 dəfə qələbəyə sevinib, 1 oyun isə “sülh”lə başa çatıb. Bu dəfə də komandalar meydanı hərəyə 1 qol, 1 xalla tərk ediblər.

Turun son günündə iki oyun olub. Premyer Liqanın debütantı "Sabah" "Qəbələ"ni qəbul edib. Debütant olmasına baxmayaraq, “Sabah” yeni mövsümə uğurlu start verib. Bu üzdən “Qəbələ”ni çətin qarşılaşma gözləyirdi. Çempionatın bombardiri Marko Deviç bu oyunda da sözünü deyib. Məhz onun vurduğu qol debütanta "Qəbələ" üzərində qələbə qazandırıb.

Günün və turun son matçında isə "Neftçi"ylə "Keşlə" üz-üzə gəlib. Premyer Liqada indiyədək 55 oyunda qarşılaşan komandaların duelində “neftçilər” üstün idi. “Ağ-qaralar” 27 oyunda qələbə qazanmışdıısa, "Keşlə" 14 dəfə meydanı sevinclə tərk etmişdi. Paytaxt klublarının hazırkı durumuna baxdıqda da “ağ-qaralar” üstün görünürdü. “Neftçi” liderlər qrupunda qərarlaşıbsa, Keşlə təmsilçisi “zirzəmi”dən boylanırdı. Qarşılaşmanın taleyini "Neftçi"nin son dəqiqələrdə vurduğu 2 qol həll edib.

Beləliklə, "Neftçi" liderliyi geri alıb.


Facebook-da paylaş

Xəbəri paylaş