Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi" Avroliqaya vəsiqəni təmin etdi



Bu gün Topaz Premyer Liqasında sonuncu - 28-ci tura start verilib.

İlk oyun günündə 3 oyun keçirilib. Əsas diqqətlər Gəncə və Sumqayıta yönəlib. “Neftçi” səfərdə “Kəpəz”in qonağı olub və 2:1 hesabı ilə qalib gələrək 3-cü yeri, eyni zamanda Avroliqaya vəsiqəni təmin edib.

Sumqayıtda eyniadlı komanda “Zirə”ni qəbul edib. Gərgin keçən oyun qonaqların 1:2 hesablı qələbəsi il yekunlaşıb. Bununla da "Zirə" çempionatı 4-cü yerdə başa vurub. Əgər Azərbaycan kubokunun finalında "Qəbələ" "Keşlə"yə qalib gələrsə, bu halda "Zirə" Avroliqada iştirak edəcək. Əks halda kubokun sahibi kimi Avropa Liqasına "Keşlə" gedəcək.

Digər matçda isə “Səbail” “Keşlə”ni sınağa çəkib və 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, mövsümə sabah keçiriləcək “Qəbələ” - “Qarabağ” matçı ilə yekun vurulacaq. Paytaxtda oynanılacaq bu görüşdən sonra Peşəkar Futbol Liqası ilk üçlüyün sahiblərinə medalları təqdim edəcək.

Topaz Premyer Liqası

28-ci tur

20 may (bazar)


17:15. "Sumqayıt” - "Zirə” - 1:2

17:15. "Kəpəz” – "Neftçi” - 1:2

17:15. "Səbail” - "Keşlə” - 0:1

21 may (bazar ertəsi)

19:00. "Qəbələ” - "Qarabağ”



Bombardirlər:

Baqali Dabo ("Qəbələ) - 13 qol
Amil Yunanov ("Sumqayıt") - 10 qol
Stiven Monroz ("Qəbələ") - 9 qol


Facebook-da paylaş

Xəbəri paylaş