Bu heç-heçə bizim üçün qələbəyə bərabərdi - Elşad Əhmədov
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində səfərdə “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
48 yaşlı mütəxəssis 1:1 hesablı heç-heçə etdikləri matçdan sonrakı mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:
- Bütün oyuna rəqib diqtə etdi. Oyundan razı deyiləm. Əks-hücumlarda iştirak etmək istəyirdik. “Qarabağ"a qarşı oynamaq bizə çətin idi. Bu hesab bizim üçün qələbəyə bərabərdi.
- Hazırkı durumunuz nəyə imkan verir? Çempionatda məqsədiniz nədir?
- Çempionata başlayanda məqsədimiz yox idi. Yaxşı başladıq, 9 xal qazandıq. Hər kəs daha çoxunu istədi. Amma mən onda da deyirdim ki, bəlkə bir az sakitləşək? Bu gün müdafiədən razıyam, canlarını qoydular.
- Çempionatdakı hansı klubla istəklərinizi reallaşdıra bilərsiz?
- İstədiyim heyət, futbol bu deyil. Amma istədiyim deyil deyə qoyub qaça bilmərik.
Facebook-da paylaş