Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"la görüşdə ehtiyatlı olmalıyıq"



"İlk iki oyun uğursuz alınsa da, komandama inanıram. Düzgün yoldayıq. Sabah qələbə qazanacağımıza inanıram". Bunu İspaniyanın "Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının (ÇL) III turunda "Qarabağ”la Bakıda keçirəcəkləri matç barədə danışarkən deyib. 47 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında sualları cavablandırıb:

- Son turda "Barselona" ilə heç-heçədən sonra rahatsınız, yoxsa əksinə?

- Komandamız düzgün yoldadır. Çempionatda 5 matçı səfərdə, 3-nü evdə oynadıq. ÇL-də evdə "Çelsi"yə uduzsaq da, pis çıxış etmədik. Səfərdə isə "Roma" ilə bərabərə qaldıq. Heç bir dəyişiklik etməyəcəm. Düzgün yoldayıq.

- Rəqib düşündüyünüz qədər güclü deyil. Hansısa dəyişiklik etməyiniz mümkündür?

- Nəticə əldə etmək üçün dəyişiklik lazım olsa, edəcəyik. Bizim "Astana" təcrübəmiz var. "Qarabağ" "Roma"ya qarşı pis oynamadı. Bu da bizi çətin oyun gözlədiyini deməyə əsas verir.

- "Çelsi" və "Roma" ilə oyunlardan sonra "Qarabağ"a qarşı köklənmək çətin deyil?

- Hər oyunun öz gözəlliyi var. Bütün matçlara ciddi yanaşırıq.

- "Qarabağ"da kimləri fərqləndirərdiniz?

- "Qarabağ"ın orta xətdə və hücumda yaxşı futbolçuları var. Məsələn, Miçeli qeyd edərdim.

- İspan futbolu nümayiş etdirən "Qarabağ"a qarşı oynamaq çətin deyil?

- Rəqibin heyətində təhlükə yaradan futbolçular var. Ehtiyatlı olmalıyıq. "Qarabağ" "Çelsi" və "Roma"ya qarşı fərqli taktika ilə çıxış etdi. Əsasən, 4-2-3-1 və 4-3-3 sistemindən yararlanırlar.

- "Çelsi"yə məğlubiyyətdən sonra komandada eniş hiss olunur. Bu nə ilə bağlıdır? Azarkeşlərin və mətbuatın təzyiqi öz sözün deyir?

- Bütün matçlara eyni cür hazırlaşırıq. Yaxşılaşdırmalı olduğumuz məqamlar var. Bunun üzərində işləyirik.

- Azərbaycanla bağlı fikirləriniz necədir? Məhz Azərbaycanla əməkdaşlıqdan sonra komandanız uğur qazanmağa başladı...

- Azərbaycanla əməkdaşlıq, həqiqətən də, uğurlu oldu. İlk mövsümdə Kral Kubokunu qazandıq, daha sonra La Liqada çempion olduq. ÇL-də finallar oynadıq. İnanıram ki, buradan gedəndən sonra da eyni uğurları qazanacağıq. Təəssüf ki, "Qarabağ"ın tarixi barədə məlumatsızam. Yalnız futbolçular barədə informasiyam var.

"Report"


Facebook-da paylaş

Xəbəri paylaş