Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sənan Qurbanov: Futbolçular verilən tapşırıqları düzgün yerinə yetirdilər



Oyuna çox ciddi hazırlaşmışdıq. Fasilədə çatışmazlıqları ciddi müzakirə etmişdir. Tərlan Əhmədovun gəlişindən sonra “Keşlə”də yüksəliş var. Rəqibi ciddi təhlil etmişdik. Məni sevindirən amil futbolçuların verilən tapşırıqları düzgün yerinə yetirməsidir.

BrendSport.az xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XII turunun “Keşlə” ilə səfər qələbəsindən (1:2) sonra təşkil olunmuş mətbuat konfransında söyləyib.

Baş məşqçi deyib: “Az müdafiə olunub, hücumda daha çox vaxt keçirmək istəyirdik. Bunun üçün də rəqibin hücumlarının qarşısını almağı bacarmalı idik. Futbolçuları da, azarkeşlərimizi də təbrik edirəm. Oyunçuları matça düzgün kökləməyə çalışmışdıq. Bu gün daha fərqli qalib gələ bilərdik. Yenə qol imkanlarından yararlanmadıq. Bunu tələskənliklə izah edərdim. Oyun gərgin keçdi. Matçın sonlarında qol da buraxa bilərdik. Belə oyunda xal itirsəydik, çox üzülərdik. Sevinirik ki, qarşılaşmanı 3 xalla başa vurduq. Cəzalı duruma düşən Ceyms Adeniyi hazırda yaxşı formadadır. Lakin onu əvəz edə bilən futbolçularımız da var. Məşqlərdə özünü yaxşı tərəfdən göstərən oyunçuya növbəti matçda şans verəcəyik”.

Xatırladaq ki, turun açılış oyununda “Keşlə” klubu “ASK Arena”da “Qəbələ” komandasını qəbul edib. Görüş qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hər üç qol birinci hissədə vurulub. Əyalət təmsilçisinin heyətində Ceyms Adeniyi (17) və Voislav Stankoviç (20), “Keşlə” klubunun futbolçularından isə Amil Yunanov (38) fərqləniblər.

Bu qələbədən sonra “Qəbələ” klubu xallarının sayını 15-ə çatdıraraq turnir cədvəlində beşinci yerdəki mövqeyini qoruyub. “Keşlə” isə 9 xalla 7-ci yerdə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş