Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gəncə stadionu üçün dövlət büdcəsindən pul ayrılacaq



"Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionun təmiri nəzərdə tutulan obyektlərin sırasındadı.

Klubun rəsmi saytında yayılan xəbərə görə, yarım əsrdən çox tarixi olan arena bunun üçün Dövlət Proqramına salınıb. Bu barədə Gəncədə keçirilən Azərbaycan gənclərinin 8-ci forumunun ilk zona toplantısında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir jurnalistlərə müsahibəsində növbəti illərdə arenanın təmir olunacağına inandığını bildirib.

Qeyd edək ki, 25.000 tamaşaçı tutumuna malik stadion ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verililib. Arena "Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ Çempionatının Yüksək Liqasına çıxması ilə indiki formasına salınıb. Müxtəlif vaxtlarda idman qurğusunda təmir-bərpa işləri aparılsa da, mövcud vəziyyətə uyğun olaraq əsaslı yenidənqurmaya ehtiyac var.


Facebook-da paylaş

Xəbəri paylaş