"Məni hamıdan çox "Qarabağ" istədi"
"Qarabağ"a keçidimə görə razıyam və özümü çox yaxşı hiss edirəm. Çünki artıq "Sportinq” nağılı bitdi. Ambisiyalı komanda ilə müqavilə bağladım. Onlar məni çox istədiklərini göstərdilər. Bu klubla müqavilə bağladığım üçün şadam. Karyeramla bağlı düşünülmüş addım atdım".
Bu sözləri Simeon Slavçev Bolqarıstan mətbuatına müsahibəsində deyib.
Bolqarıstan millisin üzvü Qarabağda yaxşı qarşılandığını bildirib: "Qarabağ”da yaxşı kollektiv var. Hamı məni çox isti və yaxşı qarşıladı. Tez uyğunlaşmaq üçün rus və ya Azərbaycan dilini öyrənməliyəm. Yaxşı ki, komandada bolqar var. Bu, fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarovdu".
Facebook-da paylaş