Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bolqarıstan millisinin üzvü "Qarabağ"ın heyətinə qoşuldu



"Qarabağ"ın yeni transferi Simeon Slavçev komandanın düşərgəsinə qoşulub. Azərbaycan çempionunun rəsmi səhifəsi Bolqarıstan millisinin üzvü Simeon Slavçevin klubun formasında çəkilmiş fotosunu yayımlayıb.

Slavçev karyerasına vətənində - "Liteks" klubunda başlayıb (2010-2014). 2011-ci ildə Bolqarıstanın "Çavdar" klubuna icarəyə verilən yarımmüdaiəçi 2014-cü ildə 2,5 milyon avroya "Sportinq"ə transfer edilib. O, 2015-ci ildə İngiltərənin "Bolton", 2015-2016 mövsümündə Cənubi Kiprin "Apollon", 2016-cı ildə Polşanın "Leçiya" klublarına icarəyə verilib.

Bolqarıstanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmiş futbolçu 2013-cü ildən dəvət aldığı A millidə 17 oyun keçirib.

Bu "Qarabağ"ın 5-ci transferi olub. Ağdam klubu bundan əvvəl Filip Ozobiç, Rahil Məmmədov, Abdullah Zubir və Hannes Halldorssonu heyətinə qatıb.



Facebook-da paylaş

Xəbəri paylaş