Misli Premyer Liqası: “Neftçi” “Qəbələ”ni məğlub edib

Misli Premyer Liqasında XXIV tura yekun vurulub.
BrendSport.az xəbər verir ki, günün son matçında "Neftçi" səfərdə "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəlib.
Bu gün baş tutan Qərb derbisində "Kəpəz" "Turan Tovuz"la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, turun daha əvvəl reallaşan oyunlarında "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"ni (5:0), "Qarabağ" isə "Zirə"ni (3:1) üstələyib.
Facebook-da paylaş





















