Qəbələdə yeni cüdo zalı fəaliyyətə başlayıb

Qəbələ şəhərinin Vəndam qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb.
BrendSport.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, dünya çempionu, ACF İcraiyyə Komitəsinin üzvü Elxan Məmmədov, “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov və yerli sakinlər iştirak ediblər.
ACF tərəfindən müasir standartlara cavab verən tatamilərlə təchiz olunmuş zalın ümumi ölçüsü 150 kvadratmetrdir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 150 idmançı cüdo ilə məşğul ola biləcək.
Qeyd edək ki, 2022–2026-cı illərdə Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 195 idman zalına ümumilikdə 14 min tatami paylanılıb.
Facebook-da paylaş






















