“Gəncə" basketbol klubunun kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini anıb

"Gəncə" basketbol klubunun kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini anıb.
BrendSport.az xəbər verir ki, komandanın üzvləri faciənin 36-cı ildönümü ilə əlaqədar Gəncədə yerləşən 20 Yanvar abidəsini ziyarət ediblər. Xatirə kompleksinin önünə tər qərənfillər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Legioner basketbolçulara qanlı 20 Yanvarın Azərbaycan xalqının azadlığı və müstəqilliyi yolunda unudulmaz tarix olduğu bildirilib.



Facebook-da paylaş





















