Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kamandan oxatma üzrə ölkə birinciliyinin və çempionatının açılışı olub



Bakıda kamandan oxatma üzrə örtülü salonda ölkə birinciliyinin və çempionatının açılış mərasimi baş tutub.

BrendSport.az
xəbər verir ki, qurumun baş katibi Fərid Xəlilov bildirib ki, ötən müddət ərzində federasiya tərəfindən idmançıların fiziki və texniki hazırlıqları, habelə yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirakının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.

Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva nazirlik tərəfindən idman sahəsində aparılan islahatların əhəmiyyətini qeyd edib. O, bu növ yarışların ölkədə idmanın kütləviliyinin artırılması və yüksək nailiyyətlər üçün sağlam rəqabət mühitinin yaradılması baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb.

Rəsmi hissədən sonra çempionatın təsnifat mərhələsi başlayıb.




Facebook-da paylaş

Xəbəri paylaş