Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib


Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi baş tutub.

BrendSport.az
xəbər verir ki, tədbirdə çıxış edən qurumun baş katibi Rizvan Rəsulov bildirib ki, çempionatın təşkilində məqsəd bu idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Onun sözlərinə görə, yarış həm də respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağırlıqqaldırma idman növünün inkişaf səviyyəsinin, perspektivli ağırlıqqaldıranların müəyyənləşdirilməsi, texniki cəhətdən hazırlıqlı idmançıların yığma komandalara seçilməsi, beynəlxalq yarışlara hazırlıqlı idmançıların müəyyən olunması məqsədi daşıyır.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Sonda iki hakim - Səbinə Rzayeva və İlham Hüseynova müvafiq Beynəlxalq Dərəcəli Hakim kitabçaları təqdim edilib.


Facebook-da paylaş

Xəbəri paylaş