Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan I Liqasında çıxış edən komandaya texniki məğlubiyyət verilib



AFFA İntizam Komitəsi Azərbaycan I Liqasında çıxış edən "Zaqatala" klubuna texniki məğlubiyyət verib.

BrendSport.az
xəbər verir ki, buna komandanın çempionatın XI turunda MOİK-lə oyunda legioner limitini pozması səbəb olub. 0:3 hesablı texniki məğlubiyyət alan “Zaqatala” həm də 1200 manat cərimə ödəyəcək.

Bundan başqa, komandanın futbolçusu Habibu Abdurəşid ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 300 manat cərimə edilib.

MOİK-in futbolçusu Nihad Qurbanlı isə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komandası 300 manat cərimələnib.

Qeyd edək ki, “Zaqatala” – MOİK görüşü qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.


Facebook-da paylaş

Xəbəri paylaş