Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Basketbol Liqası: “Sabah”-“Abşeron Lions” oyununun hakimləri cəzalandırılıb



Azərbaycan Basketbol Liqasının (ABL) X turunun “Sabah” – “Abşeron Lions” oyununu idarə edən hakimlər cəzalandırılıb.

BrendSport.az
xəbər verir ki, buna referilərin həmin matçda ciddi səhvlərə yol verməsi səbəb olub.

Bildirilib ki, aparılan ətraflı təhlil nəticəsində qarşılaşma ərzində hər iki komandanın lehinə və əleyhinə həm ciddi, həm də xırda hakim səhvlərinin olduğu müəyyən edilib: “Amma bu səhvlərin matçın yekun nəticəsinə birbaşa təsir göstərmədiyi qənaətinə gəlinib. Buna baxmayaraq, həmin görüşü idarə edən hakimlər barəsində intizam tədbirlərinin görülməsi və oyun cəzasının tətbiq edilməsi qərara alınıb”.

Qeyd edək ki, oyun “Abşeron Lions”un 101:97 hesablı qələbəsi ilə yekunlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş