Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Almaniyalı pilot: Bakıdakı yarışda bizi həyəcanlı anlar gözləyir



Bakıda bizi həyəcanlı anlar gözləyir.

BrendSport.az
xəbər verir ki, bu sözləri “Kick Sauber”in pilotu Niko Hulkenberq Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisindən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Almaniyalı sürücü Bakı trasının çətin, eyni zamanda, həyəcanverici olduğunu söyləyib: “Əlimdən gələnin ən yaxşısını etməyə və yarışdan həzz almağa çalışacağam. Öz üzərimdə çox işləyirəm. Özümü komandamla yaxşı hiss edirəm. Bakıda yarışlar həmişə gərgin keçir. Komandalar arasında güclü rəqabəti də nəzərə alsaq, işimiz heç də asan görünmür. Həyəcanlıyıq. Çünki bizi qarşıda həyəcanlı anlar gözləyir”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş